“Qəbələ”nin futbolçusu Qlazqoda 17-yə çatdı

UEFA Millətlər Liqasında 2-ci turun növbəti oyunları keçirilib. 

Newsport.az-ın məlumatına görə, “Qəbələ”nin futbolçusu Sabien Lilayın şərəfini qoruduğu Albaniya millisi də növbəti sınağına çıxıb. C liqasının 1-ci qrupunda yer alan albaniyalılar Şotlandiyanın qonağı olub. Qlazqonun “Hampden Park” stadionunda keçirilən matça start heyətində çıxan Lilay 90 dəqiqə meydanda olub. Lakin onun komandası səfərdən xalsız dönüb. İkinci hissədə vurulan 2 cavabsız qol britaniyalılara qələbə qazandırıb.

Xatırladaq ki, bu oyun Sabienin millidə 17-ci matçı olub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right