Əliyar Ağayev idarə etdi, Rusiya darmadağına sevindi

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev növbəti oyununu idarə edib.

Newsport.az-ın məlumatına görə, 30 yaşlı referi yoxlama oyunları çərçivəsində Rusiya - Çexiya matçında ədaləti qoruyub.  

Qarşılaşma Rusiyanın böyükhesablı qələbəsi ilə başa çatıb. Şimal qonşularımız rəqibini 5:1 hesabı ilə darmadağın edib. Əliyar Ağayev qarşılaşmada 2 dəfə cibinə atmalı olub. O, Çexiya millisinin üzvləri - Yan Boril və Tomas Sukeki sarı vərəqə ilə cəzalandırıb. Bundan əlavə, Ağayev Çexiyanın qapısına penalti də təyin edib.

Qeyd edək ki, Əliyar Ağayevə bu qarşılaşmada Rza Məmmədov və Zeynal Zeynalov köməklik ediblər.

Rusiya 5 - 1 Çexiya

Qollar: Aleksey Yonov, 8, 29 (pen.), Anton Zabolotni, 24, Aleksandr Yeroxin, 78, Dmitri Poloz, 83

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right