Malta millisinin hücumçusu: "Bunu Azərbaycana keçmişdə sübut etmişik"

"Farer adalarına uduzduqdan sonra çox məyus olduq. Amma geri dönəcəyik".

Newsport.az-ın məlumatına görə, bu sözləri UEFA Millətlər Liqasının D Liqasının III qrupunda II tur çərçivəsində Azərbaycan millisini qəbul edəcək Malta yığmasının hücumçusu Andre Şembri söyləyib.

Kiprin "Apollon" klubunda çıxış edən 32 yaşlı forvard millimizə qalib gələcək gücdə olduqlarını vurğulayıb: "Bu oyunda qalib gəlmək istəyirik. Komandamız Azərbayanla oyunda yaxşı nəticə qazanmaq üçün kifayət qədər güclüdür. Biz bunu rəqibimizə keçmişdə sübut etmişik. Taktiki gedişlərin üzərində çox çalışmışıq. Komandada yaxşı ab-hava var".

Azərbaycan və Malta milliləri 6 dəfə qarşılaşıblar. 3 dəfə Malta, 2 dəfə millimiz qalib gəlib, 1 oyunda isə heç-heçə qeydə alınıb.

Qeyd edək ki, bu gün Ta Qali Milli stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right