Lars Olsen: "Kosovo Azərbaycana qarşı layiqli mübarizə apardı"

"Startımız uğurlu oldu. Bu, yaxşı ab-hava üçün möhtəşəm oldu. Kosovo ilə matça da hazırıq".

Newsport.az-ın məlumatına görə, bu sözləri Farer adalarının baş məşqçisi Lars Olsen UEFA Millətlər Liqasında səfərdə Kosovoya qarşı keçirəcəkləri oyundan öncə deyib. Danimarkalı mütəxəssis rəqiblərinin Azərbaycana qarşı Bakıda keçirdiyi matça baxdığını və Kosovonun ağıllı oynadığını vruğulayıb:

"Malta üzərində qələbə bizi bu oyunda da qələbə qazanmağa motivasiya etdi. Əlbəttə, rəqibimiz asan komanda deyil. Kosovonun Azərbaycana qarşı matçını izləmişik. Rəqibimiz güclü komandaya qarşı səfərdə layiqli mübarizə apardı. Müdafiədə sıx oynadılar. Əks-hücumlarda Kosovo təhlükəli olacaq, bundan diqqətli olmalıyıq".

57 yaşlı çalışdırıcı 2016-cı ildə Kosovoya qarşı keçirdikləri yoldaşlıq matçını yada salıb: "Həmin oyunu 0:2 hesabı ilə uduzmuşduq. Lakin üstündən 2 il keçib. Futbol hər keçən gün dəyişir. Təbii ki, Kosovonun heyəti xeyli dəyişib. Bu iki il ərzində Avropanın bir çox güclü klublarında çıxış edən futboolçu Kosovonu seçdi. Rəqibizim heyətində yeni və usta futbolçular yer alıb".

Kosovo - Farer adaları matçı Bakı vaxtı ilə 22:45-də başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right