Türkiyədən möhtəşəm geri dönüş, Portuqaliya İtaliyaya qalib gəldi YENİLƏNİB

UEFA Millətlər Liqasında ikinci turun oyunları davam edir.

Newsport.az-ın məlumatına görə, bu gün turnirdə daha 8 oyun keçiriləcək.

Əsas diqqətlər A liqasına yönələcək. İlk matçında Polşa ilə görüşdə xal itirən (1:1) İtaliya səfərdə Portuqaliyanın qonağı olacaq. 

B liqasında yarışan Türkiyə İsveçin qonağı olacaq. “Ay-ulduzlular” ilk görüşündə doğma divarlar arasında Rusiyaya uduzub. Bu səbəbdən də səfərdə Türkiyə yığması mütləq qalib gəlməyə çalışacaq.

Azərbaycan millisi səfərdə Maltanın qonağı olacaq və D liqasında bundan başqa daha 2 oyun da keçiriləcək. 


Millətlər Liqası

II tur

10 sentyabr

A liqası

III qrup

 

Portuqaliya - İtaliya - 1:0

Qol: Andre Silva, 48

 

B liqası

II qrup

 

İsveç - Türkiyə - 2:3

Qollar: İsak Telin, 35, Viktor Klaesson, 49 - Hakan Çalhanoğlu, Emre Akbaba, 88, 90+2

 

C liqası

I qrup

 

Şotlandiya - Albaniya - 2:0

Qollar: Berat Cimsiti, 47 (avtoqol), Stiven Neysmit, 68

 

IV qrup

 

Monteneqro - Litva - 2:0

Qollar: Stefan Saviç, 34 (pen.), Marko Yankoviç, 35

 

Serbiya - Rumıniya - 2:2

Qollar: Aleksandar Mitroviç, 26, 63 - Nikolae Stanku, 48 (pen.), Jorje Çukudyan, 68

 

D liqası

III qrup

 

Malta - Azərbaycan - 1:1

Qollar: Andre Aqius, 10 (pen.) - Təmkin Xəlilzadə, 26

 

Kosovo - Farer adaları - 2:0

Qollar: Arber Zeneli, 50, Atde Nuhiu, 54

 

I qrup

 

Andorra - Qazaxıstan - 1:1

Qollar: Xordi Alaes, 86 - Yuri Levginenko, 68





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right