Maltanın baş məşqçisi: "Azərbaycanın oyununu o idarə edir"

"UEFA Millətlər Liqasının startınında uğursuzluqla üzləşdik. Buna görə çox məyusuq".

Newsport.az-ın məlumatına görə, bu sözləri Malta millisinin baş məşqçisi Rey Farruca deyib. 62 yaşlı mütəxəssis Millətlər Liqasında yığmamıza qarşı keçirəcəkləri oyun barədə danışıb: "Uğursuz startı unutdurmaq üçün bu qarşılaşmada müsbət nəticə qazanmalıyıq. Bütün heyətimiz oyuna ciddi yanaşır. Mənim üçün ən vacib olan budur. Mümkün nəticəyə nail olmaq üçün çox çalışmalıyıq. Azərbaycan nə qədər güclü olsa da, qələbəyə köklənmişik".

Farruca Farer adalarına 1:3 hesabı ilə uduzduqları görüş barədə bunları deyib: "Oyunun ilk 30 dəqiqəsinə əla başlamışdıq. İçimdə yaxşı hisslər var idi. Təəssüf ki, 3 adi vəziyyətdən qol buraxdıq. Bu da məni üzməyə bilməz. Futbolçularım geri dönüş üçün 100 faizdən artıq güc qoydular, amma alınmadı".

Təcrübəli mütəxəssis millimiz barədə bunları deyib: "Rəqibimiziin Kosovoya qarşı matçını izlədik. Çox yaxşı komandaya qarşı oynayacağıq. Azərbaycanın orta xətti yaxşı futbolçulardan təşkil edilib. Mən xüsusilə Riçard Almeydanın adını çəkərdim. Top onun ayağında olanda hər şey baş verə bilər. Olduqca ağıllı davranır. Azərbaycanın oyununu məhz Riçard idarə edir. Rəqibizimi həqiqətən də güclüdür".

Maltalı çalışdırıcı hər iki komandanın qələbə qazanmaq şansının olduğunu vurğulayıb: "Farer adaları ilə Azərbaycan millisi bir-birindən tamamilə fərqlənir. Hər iki komandanın qələbə qazanmaq şansı var. İlk oyundakı səhvləri təkrarlamaq olmaz. Əgər bunları etməsək, Azərbaycana qalib gələ bilərik".

Qeyd edək ki, Malta - Azrəbaycan oyunu sabah Ta Qali stadionunda baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right