İngiltərə millisinin üzvü meydanda huşunu itirdi

UEFA Millətlər Liqasının A Divizionunda 1-ci tur çərçivəsində keçirilən İngiltərə - İspaniya matçında zədə şoku yaşanıb.

Newsport.az-ın məlumatına görə, meydan sahiblərinin müdafiəçisi Lyuk Şou matçın 53-cü dəqiqəsində qonaqların futbolçusu Dani Karvaxalla mübarizə zamanı huşunu itirib. Şouya dərhal tibbi yardım göstərili. 23 yaşlı futbolçu meydanı oksigen maskası ilə tərk edib.

İngiltərəli futbolçu ötən gecəni xəstəxanada keçirib. Onun vəziyyəti normaldır.

Qeyd edək ki, qarşılaşmada İspaniya 2:1 hesablı qələbə qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right