Kryeziu: "Bakıya qələbə qazanmaq üçün deyil, uduzmamaq üçün gəlmişdik"

Kosovo yığması UEFA Millətlər Liqasının D Liqasının III qrupunun ilk oyunu çərçivəsində səfərdə Azərbaycan millisinin qonağı olub. Bakı Olmipiya Stadionunda baş tutan qarşılaşmada hesab açılmayıb.

Newsport.az saytının məlumatına görə, oyundan sonra kosovoluların yarımmüdafiəçisi Hekuran Kryeziu fikirlərini bölüşüb. İsveçrənin "Sürix" klubunda çıxış edən 25 yaşlı futbolçu əsas məqsədlərinin uduzmamaq olduğunu deyib:

"Əsas məqsədimiz məğlub olmamaq idi. Bakıya qələbə qazanmaq üçün deyil, uduzmamaq üçün gəlmişdik. Qalib gəlmirsənsə, heç-heçədən imtina etmək olmaz. Bu, ilk oyunumuz idi. Düzdür, bizdən qələbə gözləyirdilər, məncə, uduzmamaq da yaxşı haldır. Yaxşı müdafiə olunduq və Azərbaycanın hücumlarının qarşısını kəsdik. İndi isə Farer adaları ilə evdə keçirəcəyimiz oyunu düşünməliyik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right