Keyn: "Messi və Ronaldonu keçmək istəyirəm"

"Tottenhem"də ötən mövsüm göstərdiyi performansı ilə diqqət çəkən, DÇ-2018-in bombardiri olan İngiltərə millisinin və "Tottenhem"in hücumçusu Harri Keyn açıqlama verib.

Newsport.az saytının məlumatına görə, 25 yaşlı forvard Lionel Messi və Kriştiano Ronaldo səviyyəsində olmadığını bildirib:

"Özümü Ronaldo və Messi ilə müqayisə etmirəm. Onlarla müqayisə olunmaq üçün hələ çox şey etməliyəm. Son illərdə inanılmaz şeyləri bacarıblar. Amma mən onların səviyyəsinə çatmağı, hətta keçmək istəyirəm. DÇ-2018-in bombardiri olmaq qürurvericidir. Daha böyük hədəflərim var".

Qeyd edək ki, Keyn 6 qolla dünya çempionatının bombardiri olmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right