Con Terri "Qarabağ"ın rəqibindən imtina etdi, Rusiya klubunu seçdi

"Aston Villa"dan ayrılan Con Terri karyerasını Rusiyada davam etdirəcək.

Newsport.az saytının məlumatına görə, 37 yaşlı müdafiəçi "Spartak"la anlaşıb. İngiltərə millisinin sabiq üzvü Moskva təmsilçisi üçün tibbi müayinədən keçib. O, yeni klubuyla 1+1 illik müqavilə imzalayacaq.

Con Terri "Qarabağ"ın Avropa Liqasındakı rəqibi Lissabon "Sportinq"inə keçməkdən imtina edib.

Qed edək ki, Qeyd edək ki, Con Terri 2003-2012-ci illərdə İngiltərə millisində çıxış edib. Təcrübəli futbolçu "Vest Hem" və "Çelsi" kimi klublarda çıxış edib. Terri ötən mövsümü "Aston Villa"da keçirib. Birmingem klubundan ayrılan oyunçu azad agent statusu ilə "Spartak"a keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right