FİFA Türkiyə klubunu millimizin üzvünə görə cəzalandırdı

FIFA Türkiyənin "Manisaspor" klubuna tətbiq etdiyi transfer qadağasını qüvvədə saxlayıb.

Newsport.az saytının məlumatına görə, buna səbəb 4 futboçunun klubun onlara olan borcundan imtina etmək istəməmələridir. Manisa təmsilçisinin rəsmiləri borcu olduğu oyunçulara müraciət etsə də, Bahattin Köse, Mətin Yüksəl, Slavko Petroviç və millimizin üzvü Ueuf Budakdan mənfi cavab alıblar. Futbolçular FIFA-ya göndərdikləri şikayət ərizələrini geri götürməyiblər.

Klubun futbol şöbəsinin rəhbəri Altan Çakıcı bildirib ki, transfer qadağası gənc futbolçuların yolunu açmaq baxımından faydalı olacaq. 

Qeyd edək ki, hazırda "Boluspor"da çıxış edən millimizin üzvü 2017-ci ildə "Manisaspor"un uğurları üçün çalışıb.  Hazırda "Manisaspor"un heyətində millimizin sabiq üzvü, ölkəmizdə "Sumqayıt" və "Xəzər Lənkəran"ın formasını geyinmiş Uğur Pamuk da yer alıb. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right