Dieqo Maradonanın yeni iş yeri bəlli oldu

Əfsanəvi Dieqo Armando Maradonanın yeni iş yeri bəlli olub.

Newsport.az saytının məlumatına görə, mütəxəssis Meksikada çalışacaq. 57 yaşlı çalışdırıcı II Liqa təmsilçisi "Dorades de Sinola"nın "sükanı arxası"na keçib.

Qeyd edək ki, Maradona Birləşmiş Ərəb Əmirliiklərinin “El-Fudjayre” klubundan ayrıldıqdan sonra bir müddət əvvəl Belarus "Dinamo"sunun baş məşqçisi təyin edilmişdi. 3 illik müqavilə imzalayan Maradona bu müddət ərzində klubun prezidenti vəzifəsini də icra edəcəkdi. Lakin əfsanə Belarusa getməyib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right