"Millidən getməmişəm" - Ansi Aqolli

Albaniya millisinə yenidən dəvət alan "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli açıqlama verib.

Newsport.az saytının məlumatına görə, təcrübəli futbolçu millidən getmədiyini və təcrübəsiylə komandaya fayda vermək istədiyini deyib: "Millidən getməmişdim. Komandada yeni futbolçular var. Yığmadan dəvət almaq üçün həmişə hazır olmalısan. Komandaya təcrübəmlə fayda vermək istəyirəm. Bunun öhdəsindən maksimum şəkildə gəlmək istəyirəm".

Aqolli Albaniyanın Millətlər Liqasında İsrailə qarşı keçirəcəyi matça toxunub: "Son iki yoxlama görüşündə aldığımız məğlubiyyət bizə dərs olmalıdır. O yenilgiləri unudub, bu matçda yaxşı nəticə qazanmalıyıq. İsrailə 2 il əvvəl 0:3 hesabı ilə uduzmuşduq, lakin o matçda 9 nəfərlə mübarizə aparmalı olduq. Komandamıza inanıram".

35 yaşlı futbolçu Millətlər Liqasındakı hədəfləri barədə danışıb: "Yaxşı oynamalı və qələbə qazanmalıyıq. Xallar əldə etməliyik. Daha sonra nə olacağını görəcəyik".

Qeyd edək ki, Albaniya Millətlər Liqasının C liqasında I qrupda İsrail və Şotlandiya ilə eyni qrupda qərarlaşıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right