Danimarkalı futbolçular milliyə qayıdırlar

Danimarka Futbol Federasiyası millinin üzvləri ilə yaşanan kommersiya hüququ probleminin yoluna qoyulduğunu bəyan edib.

Newsport.az saytının məlumatına görə, bu həftə yığma üzvləri ilə federasiya arasında problem yaşanmışdı və qalmaqal oyunçuların yığmadan imtina etməsi ilə nəticələnmişdi. 

Nəticədə UEFA-dan gələ biləcək sərt cəzanı nəzərə alan federasiya qısa vaxt ərzində tamamilə yeni komanda formalaşdırmışdı. 4 futzalçı və aşağı liqada çıxış edən futbolçulardan formalaşan Danimarka yığması yoxlama oyununda Slovakiyaya 0:4 hesabı ilə məğlub olub. 

Bu gün federasiya prezidenti Yesper Meller millinin əsas oyunçuları ilə razılıq əldə olunduğunu bildirib. O qeyd edib ki, komanda üzvləri Millətlər Liqasında Uelslə oyunda meydana çıxacaqlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right