"Azərbaycan cütün favoritidir" - Bernar Şalland

Futbol üzrə Kosovo yığmasının baş məşqçisi Bernard Şalland UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyundan əvvəl mətbuat konfransı keçirib.

Newsport.az xəbər verir ki, təcrübəli mütəxəssis öncə bunları söyləyib:

- Bu, bizim üçün yeni bir macəranın başlanğıcıdı. Avropa xəyallarını reallaşdırmaq üçün gözəl turnirdi.

- Azərbaycan millisinin zəif və güclü tərəflərini bilirsinizmi?
- Rəqib haqda məlumatım var. UEFA reytinqinə baxanda Azərbaycan çox yaxşı yerdədi. Favorit sayılırlar. Çətin oyun bizi gözləyir. Qrupa nəzər salanda güclü komandalar var. D liqasının ən güclü qrupudu.

- Hər müsahibənizdə Azərbaycanın qrupun favoriti olduğunu deyirsiz. Elə isə, Bakı səfərində nəyə ümid edirsiz?
- Bu, futbolun reallığıdı. Belə deməkdə məqsədim odu ki, biz cavan komandayıq. Demirəm ki, biz güclü komandayıq, biz hamını udacağıq. Hazırda Portuqaliya Farer Adalarına qarşı oynasa, asan olmayacaq. Hər bir komanda güclüdü.

- Final mərhələsinin oyunlarının Bakıda olması, sizcə, Azərbaycan millisi üçün bir stimuldurmu?
- Təbii ki, bu qrupun bütün komandaları üçün Azərbaycana qarşı oyun çətin olacaq.

- Kosovo millisinin futbolçuları böyük liqalarda oynayır, lakin Azərbaycan millisində belə deyil. Buna münasibətiniz necədi?
- Gənc futbolçularımızın Avropada oynaması müsbət haldı. Bu, bizim üçün də faydalıdı. Azərbaycana gəldikdə isə başa düşə bilmirəm niyə sizin futbolçular Avropada oynamır. Bəlkə də burada yaxşı pullar verilir. Azərbaycan Norveçi məğlub edib, Çexiya ilə səfərdə heç-heçə oynayırsa, deməli güclü komandadı.

- Valon Berişanın olmaması sizin oyununuza təsir edəcəkmi?
- Berişa bizim ən məşhur futbolçumuzdu. Təəssüf ki, o, zədələndi. Hər bir məşqçinin güclü futbolçulara ehtiyacı var. Biz onsuz yaxşı nəticə əldə etməliyik. Ümid edirəm ki, gələn ay hazır olacaq.

- Hücumda ucaboy oyunçulara üstünlük verəcəksiniz, yoxsa sürətli futbolçulara?
- Yaxşı sual deyildi. Komandam haqda indidən məlumat vermək istəmirəm. Ancaq onu deyə bilərəm ki, sayları 2 olacaq.

- Besar Halimi olmadığı üçün komandadan yaradıcılıq gözləyirsinizmi?
- Halimi bizim üçün faydalı futbolçudu. Onsuz çətin olacaq. Yaxşı futbolçularımız var.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right