Məşhur hücumçu ilə bağlı iddia Karyerasını başa vurur?

Klubsuz günləri davam edən Emmanuel Emenike karyerasını başa vura bilər.

Newsport.az-ın məlumatına görə, "Olimpiakos"da möhkəmlənə bilməyən və müqaviləsi ləğv olunan 31 yaşlı forvarda yiyə duran tapılmayıb. Xroniki zədəsi olan Nigeriya millisinin sabiq üzvü butsılarını mıxdan asmağı düşünür.

Qeyd edək ki, Emenike "Karabükspor", "Fənərbaxça", "Spartak", "Əl-Əin", "Vest Hem", kimi klublarda çıxış edib. Hücumçu ötən mövsüm icarəyə verildiyi "Las Palmas"da yuxusu gəldiyini bildirirərək, məşqlərə qatılmamışdı. Qalmaqala səbəb olan Emenike səbəbdən də klubdan qovulmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right