Yaponiya - Çili matçı təxirə salındı Zəlzələyə görə

Yaponiya və Çili yığmaları arasında sabah keçirilməsi nəzərdə tutulan yoxlama görüşü təxirə salınıb.

Newsport.az-ın məlumatına görə, matçın təxirə salınmasına Yaponiyanın Hokkaydo adasında baş verən 6,7 ballıq zəlzələ səbəb olub.

Təbii fəlakətin nəticəsində ölən və yaralananlar var. Hadisə nəticəsində adada elektrik təchizatı böyük miqyasda dayandırılıb. 3 milyondan çox insan işıqsız qalıb. Yaponiya Futbol Federasiyası bu amilləri nəzərə alaraq, Çili ilə matçın təxirə salınmasını qərara verib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right