Maltanın məşqçisi: "Millətlər Liqasına macəra kimi baxırıq"

"UEFA Millətlər Liqasında əsas hədəfimiz hücum futbolu oynamaq və daha çox qol vurmaqdır".

Newsport.az-ın məlumatına görə, bu sözləri Azərbaycan millisinin Millətlər Liqasındakı rəqibi olan Malta yığmasının məşqçisi Branko Niseviç deyib. Ray Faruccianın köməkçisi olan serb mütəxəssis Farer adaları ilə oyunun çətin keçəcəyini bildirib:

"Azərbaycan, Farer adaları və Kosovo ilə eyni qrupdayıq. Rəqiblərimizdən Farer adaları FIFA reytinqində 90-cıdır və hamını qrupda bu göstəricidə üstələyir. Onların ən güclü üstünlükləri evdə yaxşı oynamaları və 12-ci oyunçuya sahib olmalarıdır. Almaniya və Danimarkada legioner həyatı yaşayan futbolçuları çoxdur. Bu da keyfiyyət fərqini göstərir. Bizdə isə legioner oyunçumuz çox azdır. Amma yenə də pozitivik. Biz Millətlər Liqasına macəra kimi baxırıq. Təəssüf ki, azarkeşlərin bizə olan inamı itib. Ancaq Farer adaları və Azərbaycanla matçlarda onları həyəcanlandıracağımıza şübhə etmirəm".

 

Qeyd edək ki, Malta millimizi sentyabrın 10-da qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right