Ayaz Quliyev "Xəzər Lənkəran"ı yada saldı: "Azərbaycana yollana bilmirəm"

Rusiyanın U-21 millisinin üzvü və "Rostov"un Azərbaycan əsilli yarımmüdafiəçisi Ayaz Quliyev klubun jurnalına müsahibə verib.

Newsport.az 21 yaşlı futbolçunun müsahibəsini təqdim edir:

- Azərbaycan əsilli olduğunu bilirik. Bu barədə məlumat verərdin.
- Mənim köklərim Azərbaycanın Lənkəran şəhəri və Masallı rayonunun Boradigah kəndidir. Atam hərbi xidmətdən sonra - 20 yaşında Moskvaya köçdü. O, burada anamla tanış olub. O vaxt Azərbaycanda vəziyyət gərgin idi, atam belə vəziyyətdə işləyərək, ailəni dolandırmalı idi. 
 
- Doğulduğun yerdə olmusan?
- Çox kiçik yaşlarımda. Ancaq atamın məzuniyyəti ilə mənim vaxtım üst-üstə düşmədiyi üçün yollana bilmirəm. Yaxınlarımız bizi ziyarət etmək üçün Moskvaya üz tuturlar.
 
- Doğulduğun yerin futbol klubu var?
- "Xəzər Lənkəran" Lənkəranı təmsil edir. Bir zamanlar yaxşı büdcəsi də olub. Cənub bölgəsində futbol çox məşhurdur. Bütün yaxınlarım oyunlarımız izləyir və mənə dəstək olurlar".
 
- "Spartak"a necə yazıldın?
- 5 yaşında yazılmışdım. Mən özümdən 1 yaş böyük uşaqlarla məşq etmişəm.
 
- Nə üçün "qırmızı-ağlar"ı seçdin?
- Göründüyü kimi, bu klubun bütün yetirmələri başqa komandalarda tapılır. Bəlkə də atam bunu bilirdi. Ya da o, "Spartak" fanatı idi.
 
- Sizin "Spartak"ın prezidenti Leonid Fedunla fotonuz var idi.
- Bəli, məşq keçən zaman mənə dedilər ki, yaxınlaş onunla şəkil çəkdir. Mən onu ilk dəfə gördüyüm üçün həyəcanlandım. 
 
- "Spartak"da oynayan zaman bazada qalırdız, yoxsa evdə?
- Evdə. Akademiyada başqa yerlərdən gələnlər qalır.
 
- Futbolçu olmasaydın, hansı idman növünü seçərdin?
- Təkbətək döyüşlər, başqa nə olar (gülür)? Peşəkar olmasa belə, məşğul olardım. Amma mən  artıq futbolu seçmişdim. Səhər məkətə gedirdim, axşam da məşqə. Mənim böyük və kiçik qardaşlarım təkmübarizəli idmanla məşğuldurlar. Hətta onlarla sınaq xarakterli döyüşüm də olub. Yeganə xahişim o olub ki, ayağıma zərbə vurmasınlar. Çünki futbolçuyam. Döyüşlər ciddi keçirdi, təslim olmurduq.
 
- Millidə 2015-ci ildə Avropa çempionatının qrupundan çıxanda "ləzginka" rəqsi etmişdin.
- Xoş əhval-ruhiyyədə idik. Amma indi bunu etmərəm.
 
- "Rostov" avrokuboklara vəsiqə qazansa, təkrarlayarsan?
- Xeyr, kifayət qədər oynamışam (gülür).
 
- İqor Akinfeyev bildirib ki, məşhur olmaq elə də yaxşı deyil. Siz nə düşünürsüz?
- Mən hesab edirəm ki, Akinfeyevin məşhurluğundan çox uzağam. Bəzən olur ki, məni tanıyırlar. Amma o dərəcədə tanımırlar. Yəni, hər addımımda yol vermirlər.
 
- Sizi məşhur döyüşçü Həbib Nurmaqomedova bənzədirlər.
- Bəli, internetdə görürəm. Həbib uğurlara layiq insandır. Mən onunla bənzədildiyim üçün şadam, çünki böyük idmançıdır. Həmçinin, şəxsi keyfiyyətləri də yaxşıdır. 
 
- Onu Konor Makqreqorla döyüş gözləyir.
- Onun döyüşlərini hər zaman gözləyirəm. Kəmər uğrunda mübarizə apardığı döyüşləri izləyirəm. Ona bu döyüşdə zəfər arzu edirəm. Həbib yenilməz döyüşçüdür. Əminəm ki, qalib gələcək.
 
- Zövqünüz barədə danışaq. Hansı musiqiləri sevirsiniz?
- Bunu demək çətindir. Türk musiqilərini və çeçen ifaçı Məkkə Mejiyevanın mahnılarını bəyənirəm.
 
- Bəs yeməklərdə?
- Dadlı yeməkləri sevirəm. Əsas da ət.
 
- Oxuculara hansı Qafqaz yeməklərini məsləhət görərsiniz?
- Çeçenlərin mətbəxinə baxsaq, çapilqaş və jijiq qalnaşı. Dağıstan mətbəxindən desələr, əlbəttə, xingəli məsləhət verərəm. Türk və Azərbaycan şirniyyatlarını sevirəm. Şəkərbura və paxlavanı çox xoşlayıram. Bibilərim Azərbaycandan belə şeyləri mənə göndərirlər.
 
- Səyahəti çox sevənsiz?
- Dubayda olmuşam. Məkkəyə getmək istəyirəm. Bu, müsəlman üçün vacibdir. Toyumdan sonra həyat yoldaşımla gedəcəyik.
 
- Komandada ən çox kiminlə yaxınlıq edirsiniz?
- Yaxşı münasibətlərim var. Saşa Zuyevlə “Spartak”dan tanışıq. Reziuan Mirzovla da çox söhbət edirəm.
 
- Utancaq biri kimi görünürsüz.
- Mən belə deməzdim. Açıq olmağa çalışıram. Ailədən və dostlardan gizlədəcək nəsə yoxdur. 
 
- Nə vaxt evlənəcəksiniz?
- Qışda evlənməyi planlaşdırıram. İndi dəqiq nəsə bilmirəm. Ətraflı şəkildə başqa vaxt məlumat verəcəm. Amma evlənməyi planlaşdırıram. 
 
- Bəlkə gəlini qaçırasınız?
- Yox, bu, dinimizdə qadağan edilib. Düzgün olmayan şəkildə kimisə məcbur etmək doğru deyil. İslamın qaydaları ilə yaşamağa çalışıram. Evləndikdən sonra həyat yoldaşımı Rostova gətirəcəm.
 
- Şəhərdə ən çox hansı yerləri sevirsiniz?
- İstidə gəzməyi sevmirəm. Axşamlar halal ətin verildiyi restoranlara baş çəkirəm.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right