"Fənərbaxça" UEFA-ya sifariş ərizəsini verdi Soldado kənarda qaldı

Avropa Liqasının qrup mərhələsində çıxış edəcək Türkiyənin “Fənərbaxça” klubu iştirak ərizəsini UEFA-ya təqdim edib.

Newsport.az-ın məlumatına görə, baş məşqçi Filip Koku Roberto Soldado, Karlos Kameni, Nabil Dirar, Mehmet Ekici, Ozan Tufan və Tolqa Ciyərcinin adını siyahıya daxil etməyib. Hollandiyalı mütəxəssis turnirdə 23 futbolçuya güvənib:

Qapıçılar: Volkan Dəmirəl, Harun Təkin, Ertən Ersu;

Müdafiəçilər: Hasan Ali Kaldırım, Maurisio İsla, Dieqo Reyes, İsmail Köybaşı, Şenər Özbayraqlı, Roman Noyştadter, Martin Şkrtel, Yiğithan Güveli;

Yarımmüdafiəçilər: Mehmet Topuz, Alper Potuk, Barış Alıcı, Jailson Markes, Yassin Benzia, Atıf Şeyşu, Matye Valbuena, Oğuz Kağan, Elif Elmas;

Hücumçular: İslam Slimani, Mikael Frey, Andre Ayyu.

“Fənərbaxça” Avropa Liqasında “Anderlext”, “Dinamo” (Zaqreb) və “Spartak”la (Trnava) birgə D qrupunda mübarizə aparacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right