"Qarabağ"ın rəqibi Paşayevin komandası ilə qarşılaşacaq

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən “Vorskla” milli komandaların oyunları ilə bağlı yaranmış fasilədən istifadə edərək, yoxlama matçı keçirəcək.

Newsport.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, Poltava təmsilçisi milli komandamızın üzvü Pavel Paşayevin formasını geyindiyi “Aleksandriya” ilə üz-üzə gələcək. Görüş sentyabrın 8-də Krutoy Beryoz şəhərindəki "Ltava" stadionunda oynanılacaq.

 


Qeyd edək ki,  Avroliqanın qrup mərhələsində “Qarabağ”la “Vorskla” arasında ilk qarşılaşma oktyabrın 25-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Səfərdəki matç isə noyabrın 8-də Poltava şəhərindəki Aleksey Butkovski adına stadionda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right