Danimarkada milli komanda şoku: Futbolçular düşərgəni tərk etdilər

Danimarka Futbol Federasiyası ilə Futbolçular Birliyi arasında baş verən anlaşmazlıq ölkədə qalmaqala səbəb olub.

Newsport.az-ın məlumatına görə, Futbolçular Birliyinin federasiya ilə futbolçuların reklam, imic, sponsor məsələlərinin daxil olduğu transfer haqları ilə bağlı danışıqları nəticəsiz qalıb. Bu durum isə millinin sabah Slovakiya ilə yoldaşlıq və sentyabrın 9-da Uelsə qarşı Millətlər Liqası matçını təhlükə altına salıb. Tərəflərin anlaşmaması səbəbindən futbolçular yığmanın düşərgəsindən gedib. Federasiya başqa futbolçuların axtarışına çıxsa da, baş məşqçi Aqe Hareyde və onun köməkçisi Yon Dal Tomasson istəmədikləri futbolçularla çalışmaq niyyətində olmadıqlarını vurğulayaraq, millini tərk ediblər.

Federasiya rəsmiləri millinin Slovakiya və Uelsə qarşı oynamayacağı təqdirdə, bu durumun ölkə futboluna ciddi zərbə vuracağını qeyd edir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right