"Liverpul"un ulduzu "Qarabağ"ı təbrik etdi

"Qarabağ" cari mövsümdə tarixində 4-cü dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəldi.

Newsport.az-ın məlumatına görə, bu münasibətlə İngiltərənin "Liverpul" klubunun yarımmüdafiəçisi Xerdan Şakiri "Qarabağ"da çıxış edən milli komanda yoldaşı İnnosent Emeqaranı təbrik edib və Ağdam klubuna turnirdə uğurlar arzu edib. Emeqara Şakiriyə təbrikə görə təşəkkür edib.

Qeyd edək ki, Kosovo əsilli 26 yaşlı futbolçu 2010-cu ildən İsveçrənin əsas millisində çıxış edir. Emeqara isə 2011-ci ildə ilk dəfə İsveçrənin əsas millisinə dəvət alıb. 29 yaşlı forvard yığmada 9 oyun keçirib. Hər iki futbolçu İsveçrənin U-21 millisində də birgə çıxış edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right