Kosovonun baş məşqçisi: "Azərbaycana qalib gəlməliyik"

Millətlər Liqasının qrup mərhələsində sentyabrın 7-də Azərbaycanın qonağı olacaq Kosovo millisinin baş məşqçisi Bernard Şalland ölkəsinin mətbuatına açıqlama verib.

Newsport.az-ın məlumatına görə, 67 yaşlı mütəxəssis yığmamızı məğlub etmək istədiklərini bildirib:

"Bu yarışda daha çox qələbə qazanmalıyıq. Buna ilk görüşümüzdən başlamalıyıq və qalib gəlməliyik. İlk matçdakı qələbə futbolçulara özünəinam verəcək. Uğur qazansaq, millimizi seçən futbolçular doğru komandada olduqlarını anlayacaq".

Şalland heyətdəki itkilərdən danışıb: "Valon Berişa olduqca ciddi itkidir. Onsuz yarışa start vermək çox pis olacaq. Besar Halimi də Azərbaycana qarşı oynamayacaq. Amma onu əvəz edəcək vinqerlər var. Halimi Farer adaları ilə görüşə hazır olacaq".

İsveçrəli mütəxəssis "Haddersfild Taun"un müdafiəçisi Floran Haderdjonajın milliləşdirilməsi məsələsi ilə bağlı fikirlərini bölüşüb: "Floranı yaxşı başa düşürəm. İsveçrə millisində oynamaq istəyir. DÇ-2018-dən sonra İsveçrə millisində daha çox oynayacağını düşündü. Amma onun mövqeyində güclü rəqabət var və heç dəvət də almayıb. İndi öz karyerası ilə bağlı qərarı özünə məxsusdur. Bəli, o, İsveçrə millisində 1 dəfə yoldaşlıq görüşü keçirib. Lakin yenə də qərar özünün olacaq".

Qeyd edək ki, Azərbaycan - Kosovo oyunu sentyabrın 7-də, Bakı Olimpiya stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right