"Fənərbaxça"nı bu dəfə "Kayserispor" məğlub etdi

Türkiyə Super Liqasında 4-cü turun görüşləri keçirilir.

Newsport.az-ın məlumatına görə, "Fənərbaxça" öz meydanında "Kayserispor"la qarşılaşıb və 2:3 hesablı məğlubiyyət acısı yaşayıb.

İstanbul klubu bu mövsüm çempionatda 4 oyunun yalnız 1-də qalib gəlməyi bacarıb. "Sarı-lacivərdlilər" Super Liqanın turnir cədvəlində 3 xalla 12-ci pilləsində qərarlaşıb. "Qalatasaray" 9 xalla 1-ci, 1 oyun az keçirən "Kasımpaşa" da eyni xala malikdir və 2-cidir. "Kayserispor" 8 xal toplayıb və 3-cü pilləyə yüksəlib.

 

"Fənərbaxça" 2:3 "Kayserispor"

Qollar: Andre Ayyu, 13, İslam Slimani, 57 - Bernard Mensah, 52, Martin Şkrtel, 61 (avtoqol), Tyaron Çeri, 69

 

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right