Nazarovun fantastik qolu komandasını xilas etmədi

Almaniya 2-ci Bundesliqasında 4-cü turun oyunları keçirilir.

Newsport.az-ın məlumatına görə, millimizin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Aue” səfərdə “İnqolştadt”la qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 2:3.

Millimizin üzvü oyuna 79-cu dəqiqədə komandası 1:3 hesablı geridə olarkən daxil olub. Nazarov 90-cı dəqiqədə möhtəşəm qol imza atsa da, komandası məğlubiyyətdən qaça bilməyib - 2:3.

“Aue” 4 turdan sonra 1 xalla 18 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.

 
 
 
 
 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right