"Qəbələ"nin sabiq futbolçusu "Adanaspor"a keçdi

Ötən mövsümü icarə əsasında "Qəbələ"nin heyətində keçirən, müqavilə ilə Türkiyənin "Göztəpə" klubuna məxsus olan Famusa Konenin yeni klubu bəlli olub.

Newsport.az-ın məlumatına görə, malili hücumçu karyerasını Türkiyə I Liqasında davam etdirəcək. Bu barədə Türkiyə mətbuatı xəbər yayıb. 24 yaşlı futbolçunun müqaviləsi və transferi barədə məlumat verilməyib.

Qeyd edək ki, Kone ötən mövsüm "Qəbələ"də 23 oyuna 6 qol vurub.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right