Məşhur futbolçu karyerasını başa vurdu

ABŞ millisinin sabiq üzvü Klint Dempsi futbolçu karyerasını başa vurub.

Newsport.az-ın məlumatına görə, bu barədə 35 yaşlı hücumçu sosial şəbəkə hesbaında məlumat verib.

“Fulhem”, “Tottenhem” kimi klublarda forma geyinən Dempsi, son olaraq, ABŞ-ın “Sietl Saunder” klubunda oynayıb.

Qeyd edək ki, Dempsi ABŞ yığması ilə 141 oyunda iştirak edib və 57 qola imza atıb. O, yığmada ən çox qol vuran futbolçudur.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right