Ulduz futbolçu millinin küçədə yaşayan sabiq kapitanına köməklik etdi

Qətərin eyniadlı klubunda çıxış edən kamerunlu futbolçu Samuel Eto`O xeyirxah əməli ilə gündəmə gəlib.

Newsport.az-ın məlumatına görə, ulduz futbolçu Kamerun milli komandasının sabiq kapitanı Norbert Ovonaya maddi köməklik göstərib. 

Belə ki, Ovona həyat yoldaşı xərçəng xəstəsi olduğu üçün bütün sərvətini satıb. Hətta o, evini də sataraq, küçələrdə yaşamaya başlayıb. Məsələdən xəbərdar olan Eto`O Ovonaya istənilən yardımı edəcəyini bildirib. 

O, Ovona üçün yeni ev alıb və bütün xəstəxana xərclərini ödəyəcəyini söyləyib.

Qeyd edək ki, 67 yaşlı Ovono uzun müddət Kamerun millisinin kapitanlıq bazubəndini daşıyıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right