"Mançester Yunayted"də Mourinyo ilə bağlı vacib iclas Göndərilir?

"Mançester Yunayted"də baş məşqçi Joze Mourinyonun klubdakı gələcəyi ilə bağlı vacib iclas keçirilib.

Newsport.az-ın məlumatına görə, Premyer Liqada ilk 3 matçda 2 məğlubiyyətdən sonra portuqaliyalı mütəxəsisslə yolların ayrılıb-ayrılmamağı müzakirə edilib. Vitse-prezident Ed Vudvardın Mourinyoya bir az vaxt verilməsi təklifi "Mançester Yunayted"in idarə heyətinin üzvləri tərəfindən qəbul edilib.

"Mançester Yunayted"in idarə heyəti Mourinyo ilə əməkdaşlığa davam etmək, ancaq pis nəticələr davam edəcəyi təqdirdə, yenidən iclas keçirmək qərarına gəlib.

Qeyd edək ki, "qırmızı şeytanlar"ın Mourinyonu istefaya göndərəcəyi, yeni baş məşqçi vəzifəsinə Zinəddin Zidanı gətirəcəyi iddia olunur.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right