"Mənə hörmət edin!" Joze Mourinyo

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Premyer Liqanın 3-cü turunda evdə "Tottenhem"ə 0:3 hesabı ilə uduzduqları oyundan sonra açıqlama verib.

Newsport.az-ın məlumatına görə, oyundan sonra baş tutan mətbuat konfransında portuqaliyalı mütəxəssis jurnalistlərin ona hörmət etməsini tələb edib: "0:3 hesabı ilə uduzduq. Bu, Premyer Liqadakı çempionluq sayımla eynidir. Mənim 3, digərlərinin isə ümumi 2 çempionluğu var. Mənə hörmət göstərin, hörmət, hörmət, hörmət!"

Qeyd edək ki, Premyer Liqada hazırda çalışan mütəxəssislər arasında Manuel Pelleqrini və Pep Qvardiolanın hərəyə bir dəfə çempionluq sevinci yaşayıblar.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right