"Qalatasaray" fransalı hücumçudan imtina etdi

Hücumçu axtarışlarını davam etdirən "Qalatasaray" Çinin "Tianjin Quanjian" klubundan ayrılan Antoni Modeste ilə maraqlanırdı.

Newsport.az-ın məlumatına görə, İstanbul klubu 30 yaşlı forvarddan imtina edib. Buna səbəb fransalı hücumçunun Çin klubu ilə müqaviləsini qeyri-qanuni şəkildə pozması olub. "Sarı-qırmızılılar" riskə getməmək üçün Modestedən imtina edib.

Qeyd edək ki, Modeste "Nitsa", "Bordo", "Bastiya", "Blekbern", "Hoffenhaym" və "Köln" kimi klublarda oynayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right