Kosovoda millimizlə oyundan öncə Berişa həyəcanı

Millətlər Liqasında sentyabrın 7-də Azərbaycan və bundan 3 gün sonra Farer adaları ilə qarşılaşacaq Kosovo yığmasında Valon Berişa həyəcanı davam edir.

Newsport.az-ın məlumatına görə, komandanın ulduzu hələ də zədədən əziyyət çəkir. "Latsio"nun futbolçusu ötən həftə A Seriyasıda "Yuventus"la oyunda iştirak etməyib. İlk iki turu buraxan 25 yaşlı yarımmüdafiəçi bu həftədən məşqlərə başlayacaq. Lakin onun millimizlə oyuna yetişməmək ehtimalı var.

Qeyd edək ki, Azərbaycan - Kosovo oyunu sentyabrın 7-si Bakı Olimpiya Stadionunda keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right