Millimizin üzvü Hollandiyada klubunu dəyişdi

U-21 millimizin üzvü Ziya Əzizov Hollandiyanın "Den Boş" klubundan ayrılıb.

Newsport.az-ın məlumatına görə, bu barədə Hollandiya mətbuatı xəbər yayıb. 19 yaşlı yarımmüdafiəçi bu ölkənin digər klubu "Nek Neymeqen"ə keçib. Müqavilə müddəti və digər şərtlər haqqında məlumat  verilməyib. U-21 millimizin bu gün açıqlanan heyətində Əzizov məhz "Nek Neymeqen"in futbolçusu kimi göstərilib.

Qeyd edək ki, "Den Boş"un yetirməsi olan futbolçu U-17, U-19 və U-20 millilmizdə də çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right