Yeni transferdən ayrılıq qərarı

"Milan"ın yay transfer dönəmində heyətinə cəlb etdiyi Alen Haliloviç sürpriz qərar verib.

Newsport.az-ın məlumatına görə, Xorvatiya millisinin üzvü ayrılmaq qərarına gəlib. 22 yaşlı yarımmüdafiəçi mövqeyinə Dieqo Laksaltla Samu Kastilyexonun transfer edilməsindən sonra bu fikrə düşüb. O, bu barədə rəhbərliklə danışıb.

Qeyd edək ki, Haliloviç "Hamburq"dan "Milan"a azad agent statusu ilə keçib. Zaqreb "Dinamo"sunun yetirməsini İspaniyanın "Jirona" və Espanyol" klubları istəyir.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right