Ayaz yenidən Rusiya millisində

Rusiyanın 21 yaşadək futbolçulardan ibarət millisinin heyəti açıqlanıb. 

Newsport.az-ın məlumatına görə, baş məşqçi Yevgeni Buşmanov 23 futbolçuya dəvət göndərib ki, onlar arasında əslən azərbaycanlı olan Ayaz Quliyev də var. 

“Rostov”un heyətində mövsümə uğurla start verən Quliyev Misirlə (7 sentyabr) yoxlama və Serbiya (11 sentyabr) ilə seçmə mərhələ oyununda meydana çıxa bilər. 

Xatırladaq ki, Ayaz Quliyev hələlik Rusiyanın U-21 millisində çıxış etdiyindən və əsas yığmada debüt etmədiyindən AFFA və yığmamızın məşqçilər korpusu “Rostov”lu futbolçunu Azərbaycan millisinə cəlb etməyə çalışırlar.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right