Türkiyə klubu çexiyalı hücumçunu göndərdi

Türkiyənin "Bursaspor" klubunda ayrılıq baş verib.

Newsport.az-ın məlumatına görə, Super Liqa təmsilçisi hücumçusu Tomaş Netsidlə yolları ayırıb. Çexiya millisinin üzvüylə müqavilə qarşılıqlı razılaşma əsasında pozulub.

Qeyd edək ki, 29 yaşlı forvard 2015-ci ildən "Bursaspor"da çıxış edirdi. Praqa "Slaviya"sının yetirməsi ÇSKA, PAOK, "Legiya" kimi klublarda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right