"Qalatasaray" sabiq futbolçusunu qaytardı

Türkiyəni Çempionlar Liqasında təmsil edəcək "Qalatasaray" transfer fəaliyyətini davam etdirir.

Newsport.az-ın məlumatına görə, "sarı-qırmızılar" "Stok Siti"nin yarımmüdafiəçisi Badu Ndiayeni heyətinə cəlb edib. 27 yaşlı futbolçu İstanbul klubunda icarə əsasında çıxış edəcək. Müqavilənin müddəti 1 illikdir. "Qalatasaray" bu keçid üçün heç bir məbləğ ödəməyib.

Qeyd edək ki, Seneqal millisinin üzvü bu ilin yanvarında "Qalatasaray"dan 17 milyon avro qarşılığında "Stok Siti"yə keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right