Yığma komandamızın rəqibi "Mançester Siti"nin futbolçusunu milliləşdirdi

UEFA Millətlər Liqasında Azərbaycan yığmasının rəqibi olan Kosovo seçməsi daha bir futbolçunu milliləşdirib.  

Newsport.az-ın məlumatına görə, Kosovo Futbol Federasiyası İngiltərənin "Mançester Siti" klubunda çıxış edən Ariyanet Muriçlə uzun danışıqlardan sonra razılıq əldə ediblər.

İsveçrədə doğulmuş 19 yaşlı qapıçı Monteneqro əsillidir. Muriç Monteneqronun U-21 millisində 2 oyun keçirmişdi. Gənc qolkiper atasının doğulduğu Kosovonu təmsil etməyə razılaşıb.

Muriç 2015-ci ildə İsveçrənin "Qrasshoppers" klubundan "Mançester Siti"yə transfer olub. Perpektiv vəd edən əlcək sahibi ilə "şəhərlilər" 2017-ci ildə peşəkar müqavilə bağlayıb. Muriç bu yay Hollandiyanın "Breda" klubuna icarəyə verilsə də, Klaudio Bravonun zədələnməsindən sonra Pep Qvardiolanın tələbi ilə Mançester təmsilçisinə geri döndü. O, "Mançester Siti"nin ikinci qapıçısı olacaq.

 

Qeyd edək ki, Millətlər Liqasında sentyabrın 7-də Azərbaycan Kosovonu qəbul edəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right