"Şerif" "Qarabağ"a görə oyununu təxirə saldı

"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsindəki rəqibi "Şerif"in Moldova çempionatının 19-cu turundakı oyunu təxirə salınıb.

Newsport.az-ın məlumatına görə, Tiraspol təmsilçisinin hesabat turunda "Svyatoy Georgi"ylə sentyabrın 1-də keçirilməli olan qarşılaşma 1 gün sonraya təyin olunub. Buna avqustun 30-da Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"la cavab oyunu səbəb olub.

Qeyd edək ki, "Şerif" ilk matçda "Qarabağ"a 1:0 hesabı ilə qalib gəlib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right