"Qarabağ"ın legioneri milliyə dəvət aldı

“Qarabağ”ın futbolçusu Donald Gerye Haiti milli komandasına dəvət olunub.

Newsport.az-ın məlumatına görə, avqustun 31-dən sentyabrın 12-dək yığmanın düşərgəsində olacaq 29 yaşlı yarımmüdafiəçi KONKAFAF Milli Liqası çərçivəsində sentyabrın 10-da baş tutacaq Haiti – Sent Martin matçına çağırılıb.

Qeyd edək ki, Gerye 2010-cu ildən çıxış etdiyi Haiti milli komandasının heyətində 41 oyun keçirib və 9 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right