"Zirə"dən uğursuz yubiley

Azərbaycan Premyer Liqasının III turunda “Sabah”ı qəbul edən “Zirə” uğursuz yubileylə üzləşib.

Newsport.az-ın məlumatına görə, qəsəbə klubu ev oyunlarında 10-cu məğlubiyyətini alıb. 0:2 hesabı ilə uduzan zirəlilər Premyer Liqada keçirdiyi 48-ci ev matçında 10-cu dəfə xalsız qalıb. Paytaxt klubu bu müddətdə 25 qələbə qazanıb və 13 heç-heçə edib. Yüksək dəstədə 4-cü mövsümünü keçirən komanda öz meydanında 65 qol vurub, 49-nu buraxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right