Fərid Nəbiyev "Slaviya"nın əsas komandasında

21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Fərid Nəbiyev Çexiyanın "Slaviya" klubunun əsas komandasına dəvət alıb. 

Newsport.az-ın məlumatına görə, 19 yaşlı yarımmüdafiəçini əsas komandanın baş məşqçisi Yindrix Trpişovski Çexiya Fortuna Liqasının VI turunda "Teplitse" ilə oyunun iştirak ərizəsinə daxil edib. Lakin Nəbiyev sözügedən matçda iştirak etməyib. O, qarşılaşmanı ehtiyat oyunçular skamyasından izləyib. Qarşılaşma isə "Slaviya"nın 3:0 hesablı qələbəsiylə yekunlaşıb 

Qeyd edək ki, “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan gənc futbolçu U-21 komandasının heyətində cari mövsümdə 5 oyuna 4 qol vurub və 3 məhsuldar ötürmə edib. Bu uğurlu startdan sonra o, əsas komandaya dəvət alıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right