"Bavariya"da şok itki: İli başa vurdu

Almaniyanın "Bavariya" klubu ciddi itki ilə üzləşib.  

Newsport.az-ın məlumatına görə, Münhen təmsilçisinin aparıcı futbolçusu Kinqsli Koman uzun müddətlik sıradan çıxıb.  Ölkə çempionatının birinci turunda "Hoffenhaym"la qarşılaşmada zədə alan futbolçunun durumunun ciddi olduğu bəlli olub.  

Fransa millisinin üzvü diz bağlarındakı zədəsini yeniləyib.  22 yaşlı futbolçu yaxın günlərdə əməliyyat olunacaq və təxminən 4-6 ay yaşıl meydanlardan kənarda qalacaq.  

Qeyd edək ki, cinah futbolçusu bu ilin fevral ayında diz bağlarından əməliyyat olunub və 2,5 ay meydanlardan kənarda qalıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right