"Qarabağ"ın futbolçusu milliyə dəvət aldı

"Qarabağ"ın qapıçısı Hannes Halldorsson İslandiya milli komandasına dəvət alıb.  

Newsport.az-ın məlumatına görə, yığmanın yeni baş məşqçisi Erik Hamre UEFA Millətlər Liqasının oyunları üçün 23 futbolçuya dəvət göndərib. Yığmaya çağırılan futbolçular arasında 34 yaşlı "çərçivə qoruyucusu" da var.  

İslandiya millisi Millətlər Liqasında sentyabrın 8-də İsveçrə, 11-də isə Belçika yığması ilə qarşılaşacaq. 

Qeyd edək ki, Hannes 208-ci il dünya çempionatından sonra Danimarkanın "Randers" klubundan "Qarabağ"a transfer olunub.  

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right