Bu gün həbs olundu, 2 gün sonra "Mançester Yunayted"lə oyuna çıxacaq

İngiltərənin "Tottenhem" klubunun futbolçusu Huqo Lloris polis tərəfindən saxlanılıb.  

Newsport.az-ın məlumatına görə, Fransa millisinin üzvü avtomobilini sərxoş vəziyyətdə idarə etdiyi üçün polis bölməsinə aparılıb.  31 yaşlı qolkiper cümə günü səhər saatlarında polis bölməsində ifadə verib və daha sonra sərbəst buraxılıb.  

Bu il Rusiyada təşkil olunmuş dünya çempionatının qalibi sentyabr ayının 11-də məhkəmə qarşısına çıxacaq. Çərçivə qoruyucusu böyük ehtimalla, bir müddətlik sürücülük hüququndan məhrum ediləcək və pul cəriməsi ödəməli olacaq. 

Qeyd edək ki, "Tottenhem" İngiltərə Premyer Liqasında növbəti oyununu bazar ertəsi "Mançester Yunayted"ə qarşı keçirəcək. Llorisin bu matçda meydanda olacağı gözlənilir. 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right