“Neftçi”nin daha bir zədəli futbolçusu sıraya döndü

“Neftçi” Azərbaycan Premyer Liqasının 3-cü turunda qarşılaşacağı “Qarabağ”la oyuna hazırlığı davam etdirir.

Newsport.az-ın məlumatına görə, sözügedən komanda bu gün doğma bazasında növbəti məşqə çıxıb. 

Məşqdə Ruslan Abışovdan başqa bütün futbolçular iştirak ediblər. Müalicəsini başa vuran Soni Mustivar da komanda ilə birlikdə hazırlaşıb. 

Hazırlığa sabah keçiriləcək oyunöncəsi son məşqlə yekun vurulacaq.

Xatırladaq ki, avqustun 26-da "Azərsun Arena”da keçiriləcək "Qarabağ” – "Neftçi” oyunu saat 20:30-da başlanacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right