Sabiq "Qarabağ"lı Super Liqada debüt etdi

Ötən mövsümün sonunda "Qarabağ"dan ayrılaraq, Türkiyənin "Ərzurumspor" klubuna transfer olan İbrahim Sehiç yeni komandasının heyətində debüt oyununu keçirib.  

Newsport.az-ın məlumatına görə, 29 yaşlı qolkiper Super Liqanın III turu çərçivəsində səfərdə "Rizəspor"a qarşı keçirilən matçda meydanda olub. Şehiç 90 dəqiqə meydanda olduğu matçda qapısını toxunulmaz saxlamağı bacarıb.  

Bununla da, "ağ-mavilər" çempionatda ilk xalını qazanıb.

Qeyd edək ki, baş məşqçi Mehmet Altıparmak ilk iki turda çərçivəni Hakan Canbazoğluya həvalə edib.   





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right