"Qalatasaray"ın futbolçusunun Səudiyyə Ərəbistanı klubuna keçidi son anda baş tutmadı

"Qalatasaray"ın futbolçusu Maykonun Səudiyyə Ərəbistanının "Al Hilal" klubuna keçidi son anda baş tutmayıb.  

Newsport.az-ın məlumatına görə, sözügedən klub bir müddətdi danışıq apardığı braziliyalı müdafiəçi ilə ötən gün, Səudiyyə Ərəbistanında yay transfer dönəminin sonuna 1 saat qalmış razılıq əldə edib.  Hətta "Qalatasaray"ın da razılığı alınıb.  

Lakin "Əl Hilal" 29 yaşlı futbolçunun lazım olan sənədlərini FİFA-ya təqdim edə bilməyib. Ona görə də Maykonun yeni kluba keçidi reallaşmayıb.  

Məsələ ilə bağlı açıqlama verən klubun prezidenti Sami Al Jaber azarkeşlərdən üzr istəyib: "Maykonun transferini son anda həll edə bilmədik. Danışıqları başa çatdırsaq da, sənədlərlə bağlı problemimiz oldu. Aazarkeşlərdən üz istəyirik". 

Qeyd edək ki, "Əl Hilal" transfer dönəminin son günündə "Qalatasaray"ın bombardiri Bafetibmi Qomişi 6 milyon avroya rənglərinə bağlayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right