Kosovoda ciddi itki Ulduz futbolçu millimizə qarşı oynayacaq?

Millətlər Liqasında sentyabrın 7-də Azərbaycan və bundan 3 gün sonra Farer adaları ilə qarşılaşacaq Kosovo yığmasında ciddi itki var.

Newsport.az-ın məlumatına görə, komandanın ulduzu Valon Berişa hələ də zədədən əziyyət çəkir. "Latsio"nun futbolçusu bu həftə A Seriyasıdan "Yuventus"la oyunda iştirak etməyəcək. İlk turu da buraxan yarımm 25 yaşlı yarımmüdafiəçinin gec sağalacağı ilə bağlı xəbərlər dolaşır. Məlumata görə, Berişanın millimizlə oyunu buraxmaq ehtimalı var.

Qeyd edək ki, Azərbaycan - Kosovo oyunu sentyabrın 7-si Bakı Olimpiya Stadionunda keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right